"STAR BOYA" LAK BOYA FABRİKİ
Boyamaq işi bir sənətdir. Bu işin mükəmməl olması üçün keyfiyyətli boya məhsulları lazımdır. Keyfiyyətli boya məhsulları istehsal etmək isə bizim sənətimizdir.
"STAR BOYA" lak-boya fabriki geniş ceşiddə məhsullar istehsal etməkdədir. Sənayenin və mülki tikintinin lak-boya məhsullarına olan tələbatını ödəmək üçün fabrikimizdə daima təkmilləşdirmə işləri aparılır. Bu sahədə qabaqcıl texnologiya öyrənilir və istehsalata tətbiq edilir.
İstehsal etdiyimiz məhsulların keyfiyyəti ən önəm verdiyimiz sahələrdən biridir. Müasir ölçü və nəzarət texnologiyası məhsullarımızın keyfiyyət standartlarına cavab verməsini təmin edir.
Fabrikimiz istehsal etdiyi lak-boya məhsulları ilə inkişaf edən Azərbaycanın sənaye potensialına öz töhfəsini verməkdədir. Ən böyük qazancımız isə müştərilərimizin məmnunluğudur.