LAK BOYA
MƏHSULLARI

slogan-az

SƏTHLƏRİN BOYANMASI ÜÇÜN FAYDALI MƏSLƏHƏTLƏR

faydali-meslehetHəm interyerdə, həm də fasad və digər səthlərdə problemsiz boyamaq işləri aparmaq üçün "STAR BOYA" lak boya fabrikinin mütəxəssisləri sınaqdan çıxarılmış bəzi boyamaq metodlarını məsləhət görür.

Bu üsullarla aşağida tanış ola bilərsiniz.


flajok

Boyamaq işinə başlamaq üçün ilk növbədə səth köhnə boyadan, çirkdən, yağlardan və digər mexaniki maneələrdən təmizlənməlidir.

flajok

Əgər boyanan səth otaqdırsa, əvvəlcə tavan boyanır. Axırıncı boya qatı mütləq işıq düşən istiqamətdə (pəncərəyə doğru) boyanmalıdır. Əvvəlki qat isə axırıncı qata nisbətən əks istiqamətdə boyanmalıdır. Bu halda səthdə fırçanin izi qalmayacaq.

flajok

Divarlarda axırıncı boya qatı yuxarıdan aşağıya doğru istiqamətdə boyanır.

flajok

Boya nazik qatla boyanmalıdır. Səthi bir dəfəyə boyamaqdan çəkinin. Unutmayın, iki və yaxud üç nazik boya qatı, bir qalın boya qatından daha möhkəmdir. Digər qatlar, əvvəlkilər tam quruduqdan sonra boyanır.

flajok

Roliklə böyük səthləri boyayarkən əvvəlcə adi fırca ilə küncləri, pəncərə kənarlarını, qapıların kənarlarını və digər roliklə boyanması mümkün olmayan yerləri boyayın.

flajok

Roliklə boyayarkən əvvəlcə bir necə çarpaz keçid edib, sonra boyanı bütün səthə yayın. Roliki çox boyaya batırmaqdan çəkinin.

flajok

Silindirik metal səthləri boyayarkən, onları hər iki kənarından dayaq üzərinə qoyub boyayın.

flajok

Boyamaq işi apararkən, boyanın texniki göstərişlərinə və təhlükəsizlik qaydalarına riayət edin.

Daha sonra oxuyun:

markerRəngi necə seçməli?

markerAlətlər