LAK BOYA
MƏHSULLARI

slogan-az

HAQQIMIZDA

pattermİlk olaraq, "STAR BOYA" lak boya fabriki "CƏFƏR MMC" adı altında 2000-ci ildə yaradılmışdır.

Fabrikimiz fəaliyyət müddətində istehsal xəttini son alman texnologiyası ilə təchiz etmişdir.

Yarandığı ilk gündən etibarən hər bir müştərinin tələbini ödəyəcək şəkildə dünya standartlarına cavab verən məhsul istehsal etməyi qarşımıza məqsəd qoymuşuq.

Yüksək keyfiyyətli məhsul istehsal etmək üçün boya istehsalına lazım olan xammal bir sıra xarıci ölkələrdən-Türkiyə, Almaniya, İran, habelə yerli istehsalçılardan alınır.

Fabrikimizdə çalışan işgüzar və professional kollektiv sayəsində daxili bazarın tələblərinə cavab verən - su əsaslı, sintetik, selülozik boya məhsulları və həllediciləri, PVA əsaslı yapışdırıcılar istehsal edilir.

Biz "STAR BOYA" ("CƏFƏR MMC") lak boya fabriki olaraq, məqsədimiz müştərilərimizə daima keyfiyyətli və zəmanətli məhsul təklif etmək, təqdim etdiyimiz məhsullar haqqında isə davamlı məmnuniyyət hissi yaratmaqdır.