"STAR" Akrilik Boya kopolimer əsasında çöl üçün hazırlanmış mat boyadır. Düzgün istifadə edildikdə istənilən divar səthinə yaxşı yapışır. Bu səbəbdən çatlamır, tökülmür. Sürtünməyə qarşı davamlıdır. Tətbiq olunduğu səthlərə mat, təmiz və dekorativ bir görünüş verir.
Kərpic, beton, gips, alçiban və s. kimi hamar xarici səthlər üzərinə tətbiq edilə bilir.
İstifadə olunmamışdan əvvəl səth köhnə boyadan, çirkdən təmizlənməlidir. Çatlar pasta ilə doldurulmalıdir. İstifadədən qabaq "STARBİNDER" tətbiqi məsləhət görülür. "STARCOLOR" rəng sistemin tətbiq etməklə geniş palitrada rəng çeşidi almaq olar. Boya fırça və ya rulo ilə vurulur. Boya vurulduqda 1-ci qata 50%, 2-ci qata 25% su əlavə edilir.
1 litr boya ilə 8-10 kv.m səthi boyamaq olar.
20C temperaturda, 65-70% nisbi rütubətdə ilkin quruma 15-20 dəqiqə, toz tutmayan quruma 1 saat, ikinci qat qurma 6-7 saat, tam quruma vaxtı 24 saatdır.
Şaxtalı, küləkli və 5 C-dən aşağı temperaturlarda saxlanmamalı və istifadə edilməməlidir. Qutular 3 qatdan artıq üst-üstə qoyulmamalıdır. Saxlanma şərtlərinə riayyət etdikdə saxlanma müddəti 1 ildir.