"REDSAN" Sintetik Parket Lakı

Tanıtım:

"REDSAN" Sintetik Parket Lakı Uretan Alkid əsaslı bir komponentli parket lakıdır. Fiziki və kimyəvi təsirlərə qarşı dayanıqlıdır.

Tətbiq sahəsi:

"REDSAN" Sintetik Parket Lakı parket döşəmələr və istənilən daxili ağac səthlərdə tətbiq oluna bilər.

İstifadə qaydası:

Tətbiq olunacaq səth köhnə qatdan təmizlənir. Lakın istifadəsindən qabaq "STAR" Selülozik dolğunun tətbiqi məsləhətdir. Lak sintetik tinerle incəldilərək rolikli fırça və yaxud tapança ilə taxta səthlərə tətbiq edilir.

Örtmə qabiliyyəti:

Tək qatda 1l lakla 17kv m sahəni örtmək olur.

Quruma vaxtı:

+20C temperaturda, 65-70% nisbi rütubətdə 2-3 saata toz tutmaz hala gəlir. 24 saata tam quruyur. 3-4 gün sonra tam fiziki-kimyəvi xassəsini alır.

Saxlama müddəti:

+25C temperatur şəraitində, ağzı bağlı qabda saxlanma müddəti 2 ildir.

  • Tez buxarlanan və tez alışandır. Oddan qoruyun! Buxarın nəfəsə daxil olması sağlamlığa ziyandır.