"REDSAN" Plastik Boya PVA emulsiya əsaslı daxili son qat divar boyasıdır.İstifadə qaydalarına riayyət etdikdə istənilən divar səthinə yaxşı yapışır. Bu səbəbdən çatlamır, tökülmür. Rütubətin xaricə çıxmasını təmin edir. Sürtünməyə qarşı davamlıdır. Tətbiq edildiyi səthlərə mat, təmiz və dekorativ bir görünüş verir.
Kərpic, beton, gips, alçiban və digər materiallardan tikilmiş daxili divarlar üçün tətbiq edilir.
İstifadə olunmamışdan əvvəl səth köhnə boyadan, çirkdən təmizlənməlidir. Çatlar pasta ilə doldurulmalıdir. İstifadədən qabaq "STARBİNDER" tətbiqi məsləhət görülür. "STARCOLOR" rəng sistemindən tətbiq etməklə geniş palitrada rəng çeşidi almaq olar. Boya fırça və ya rulo ilə vurulur./p>
1 litr boya ilə 8-10 kv.m səthi boyamaq olar.
Qatlar arası quruma müddəti 1-2 saatdır. Tam quruma müddəti iki qattda 24 saatdır.
Quru və sərin yerdə saxlanma müddəti 1 ildir.