Akrilik kopolimer + silikon emulsiya əsaslı, mat quruluşda, uzun ömürlü bir boyadır. İstifadə olunduğu səthə mükəmməl bir şəkildə yapışır,çatlamaz və qopmaz. Yağış, nəm, günəş şüaları kimi hər cür hava şərtlərinə, dəniz sahillərindəki duzlu nəmin mənfi təsirlərinə qarşı dözümlüdür.Tənəffüs edə bilmə xüsusiyyəti ilə divardakı rütubəti bayıra atar. Rəngləri solmaz.
Binaların üz hissəsində hər cür divar və səthlərdə boya olaraq istifadə edilir.
Tətbiq edilmədən əvvəl qabarmış və qeyri-sağlam görünümlü səthlər qazınmalı, yağ və kir silinərək təmizlənməli, sonra astarlanmalıdır. Tətbiq zamanı 1 həcm astar 1 həcm su ilə incəltilərək 1-2 qat sürülür. Fırça və rulo ilə tətbiq edilir. Qatlar arasında 1 saat gözlədilməlidir. Boyanın tətbiqi +50 C üzərində, % 80 rütubətin altında olunmalıdır. Yəni suvanmış səthlərdə 21 gün (200 C-də) suvanmanın möhkəmlənməsi gözlənilməlidir.
İki qat tətbiq zamanı təxminən 0,180 lt/m2-dır.
20C temperaturda, 65-70% nisbi rütubətdə ilkin quruma 15-20 dəqiqə, toz tutmayan quruma 1 saat, ikinci qat qurma 6-7 saat, tam quruma vaxtı 24 saatdır.
Birbaşa günəş işığı almayan , 0 C altında və +350 C üzərində olmayan mühitlərdə orjinal bağlamalarda ağzı qapalı şəkildə mühafizə edin. Donmaqdan qoruyun.