"SUPER STAR" Plastik Boya

Tanıtım:

"SUPER STAR" Plastik Boya PVA emulsiya əsaslı daxili son qat divar boyasıdır. İstifadə qaydalarına riayyət etdikdə istənilən divar səthinə yaxşı yapışır. Bu səbəbdən çatlamır, tökülmür. Rütubətin xaricə çıxmasını təmin edir. Sürtünməyə qarşı davamlıdır. Tətbiq edildiyi səthlərə mat, təmiz və dekorativ bir görünüş verir.

Tətbiq sahəsi:

Kərpic, beton, gips, alçiban və digər materiallardan tikilmiş daxili divarlar üçün tətbiq edilir.

İstifadə qaydası:

İstifadə olunmamışdan əvvəl səth köhnə boyadan, çirkdən təmizlənməlidir. Çatlar pasta ilə doldurulmalıdir. Boya vurulduqda 1-ci qatda 40%, 2-ci qatda 25% su əlavə edilir. İstifadədən qabaq "STARBİNDER" tətbiqi məsləhət görülür. "STARCOLOR" rəng sistemindən tətbiq etməklə geniş palitrada rəng çeşidi almaq olar. Boya fırça və ya rulo ilə vurulur.

Sərfiyyatı:

1 litr boya ilə 8-10 kv.m səthi boyamaq olar.

Quruma vaxtı:

Qatlar arası quruma müddəti 1-2 saatdır. Tam quruma müddəti iki qattda 24 saatdır.

Saxlama müddəti:

Quru və sərin yerdə saxlanma müddəti 1 ildir.

  • 3,5kg, 10kg və 25kg plastik qutularda qablaşdırılır.