LAK BOYA
MƏHSULLARI

slogan-az

RƏNG SİSTEMLƏRİ.

Boya işlərində geniş rəng çalarları əldə etmək üçün müxtəlif rəngləyici vasitələrə ehtiyac duyulur. "STAR BOYA" lak boya fabrikində bu ehtiyaci ödəyəcək "STARCOLOR" rəng sistemləri istehsal edilir. Bu rəng sistemlərini tətbiq etməklə həm su bazlı, həm də sintetik tərkibli boyalarin müxtəlif rəng çalarlarını əldə etmək mümkündü.

Fabrikimizin istehsalı olan lak boya məhsullarının satış mərkəzlərində kataloq üzrə Rəng sistemlərinin seçmək imkanı vardır.


"STARCOLOR" Su bazlı boyalar üçün Rəng sistemi

su bazli reng sistemiTANITIM: "STARCOLOR" su bazlı boyalar üçün Rəng sistemi həm su bazlı boyaları rəngləndirmək üçün, həm də ayrılıqda su bazlı boya kimi istifadə olunur.

ÖZƏLLİKLƏRİ: Su bazlıdır, ətraf mühüt üçün təhlükəsizdir, yüksək örtücülüyə malikdir, tez quruyur və rahat yuyulabiləndir, UF işıqlarına və atmosfer təsirlərinə qarşı davamlıdır.

İSTİFADƏ QAYDASI: "STARCOLOR" su bazlı boyalar üçün Rəng sistemi kataloqda göstərilmiş rəngin alınması üçün "STAR" boyaları ilə qarışdırılması məsləhət görülür. Boya kimi istifadə edildikdə 5% su ilə incəldilir. İkinci qat 5-6 saat sonra vurulmalıdır.

SƏRFİYYATI: Boya kimi istifadə edildikdə səthin əmiciliyinə görə tək qatda 100-110ml m.kv-dır.

QURUMA VAXTI: 20C temperaturda, 60-65% nisbi rütubətdə quruma vaxtı 24 saatdır.

SAXLANMA MÜDDƏTİ: Qapağı açılmadan və yaxşı havalandırılan yerdə saxlanma müddəti 2 ildir.



"STARCOLOR" Universal Rəng pastası

universal rəng pastasıTANITIM: "STARCOLOR" Universal Rəng pastası, yağlı, alkid əsaslı və emulsiyon əsaslı boyalar boyalar üçün hazırlanmış yüksək konsentrasiyalı rəngləyicidir.

TƏTBİQ SAHƏSİ: "STARCOLOR" Universal Rəng pastası rəngini dəyişmək istədiyiniz ağ boyalara qarışdırılır.

İSTİFADƏ QAYDASI: İstifadə olunmamışdan əvvəl qab yaxşıca qarışdırılmalıdır. Rəng pastasını ağ boyaya əlavə edib diqqətlə qarışdırmaq lazımdı.

SƏRFİYYATI: 100qr pasta ilə 20kg ağ boyanı rəngləndirmək olar.

SAXLANMA MÜDDƏTİ: Quru və sərin yerdə saxlanma müddəti 2 ildir.