LAK BOYA
MƏHSULLARI

slogan-az

SƏTHLƏR ÜÇÜN BOYANİN RƏNGİNİN SEÇİLMƏSİ

faydali-meslehetƏgər boyanın rəngi xüsusi əhəmiyyət kəsb edirsə, biz çalışırıq ki, bu rəngə gün işığının altında baxaq.

Əlbətdə bu üsul məsələn paltar seçmək üçün yararlıdırsa boyanın rənginin seçilməsində uğurlu variant deyil. Ona görə ki, interyerdə hər bir əşyanın öz konkret yeri var və həmin yerin özünə məxsus işıqlanması var.

Boyanın rənginin düzgün təyini üçün "STAR BOYA"-nın mütəxəsisləri aşağıdakı alqoritmdən istifadə etməyi məsləhət görürlər.

flajok

Seçilmiş rəngdən az miqdarda götürüb birbaşa divarda yoxlamalı. Bu üsul xüsusən bütün ev eyni rənglə rəngləndikdə daha aktualdır (məsələn tavanlar). Evin bütün otaqlarında səthlərdə kiçik numunələr rənglənir və müxtəlif işıqlanmalarda rəng seçilir.

flajok

Divar üçün boyalar quruduqca daha tünd olur. Ona görə boyanın divarda tam qurumasını gözləyin.

flajok

Yoxlama sahəsi nə qədər böyükdürsə nəticə o qədər dəqiq olar. Çünki daha böyük səthdə boyanın rəngi daha dolğun görsənir.

flajok

Nümunə səthdəki rəngi günün müxtəlif saatlarında müşahidə edin.

Əlbətdə, bu üsül boyanın rəngini seçmək üçün cox vaxt alır, əvəzində siz eviniz üçün özünüzün rahatlıq tapdığınız rəng seçimini düzgün həll etmiş olursunuz.