LAK BOYA
MƏHSULLARI

slogan-az

SELÜLOZİK DOLĞULAR.

"STAR BOYA" lak-boya fabrikində istehsalatda və mülkü obyektlərdə istifadə edilmək üçün taxta səthlərin emalında geniş tətbiq edilən, müxtəlif qablaşdırmalarda selülozik dolğular istehsal edilir.


"STAR" Selülozik dolğu (Dolğu verniği)

star selulozik dolguTANITIM: "STAR" Selülozik dolğu selülozik əsaslı bir vernikdir. Doldurma gücü yüksəkdir. Tez quruyur və rahat cilallanır.

TƏTBİQ SAHƏSİ: "STAR" Selülozik dolğu həm ağac, həm üzlüklər və ya vernik qatları üzərinə çox yaxşı yapışır.

İSTİFADƏ QAYDASI: Tətbiq olunacaq səth köhnə qatdan təmizlənir. Tapança ilə də istifadə oluna bilir. İstifadə edildikdən sonra səth rəngini dəyişmir. "STAR" Selülozik dolğu selülozik həlledici vasitəsi ilə incəldilir. İstifadədən əvvəl bankanı yaxşıca qarışdırın. İstifadədən sonra bankanın qapağını kip bağlayın.

SƏRFİYYATI: 1kq selülozik dolğunu 8-12kv.m sahəyə istifadə etmək olar.

QURUMA VAXTI: +20C temperaturda, 65-70% nisbi rütubətdə 2-3 saatdır.

DİQQƏT: Tez buxarlanan və tez alışandır. Oddan qoruyun!

SAXLANMA MÜDDƏTİ: +25C temperatur şəraitində, qapağı açılmadan saxlanma müddəti 2 ildir.



"FURKAN" Selülozik dolğu (Dolğu verniği)

furkan-selulozik-dolguTANITIM: "FURKAN" Selülozik dolğu Nitroselüloz əsaslı, yüksək doldurma özəlliyi olan bir dolğu verniğidir. Tez quruyur, rahat cilallanır, səth tərəfindən yaxşı udulur. Elastikdir. Üstündən selülozik, sintetik, poliuretan və turşu əsaslı sistemlər rahatlıqla istifadə edilə bilər.

TƏTBİQ SAHƏSİ: "FURKAN" Selülozik dolğu döşəmə massivi, parket və digər taxta səthlər üçün istifadə edilən astardır.

İSTİFADƏ QAYDASI: Tətbiq olunacaq səth köhnə qatdan təmizlənir. Tapança ilə də istifadə oluna bilir. İstifadə edildikdən sonra səth rəngini dəyişmir. "STAR" Selülozik dolğu selülozik həlledici vasitəsi ilə 1:1 nisbətində incəldilir. İstifadədən qabaq yaxşıca qarışdırın.

SƏRFİYYATI: 30-35mikron qalınlıqda 10-12kv.m sahə üçün sərfiyyat 1 litr-dir.

QURUMA VAXTI: +20C temperaturda 2-3 saatdır.

DİQQƏT: Tez buxarlanandır və tez alışandır. Oddan qoruyun! Buxarı həyat üçün təhlükəlidir!

SAXLANMA MÜDDƏTİ: +25C temperatur şəraitində, qapağı açılmadan saxlanma müddəti 2 ildir.